Aqrar Sığorta Fondu sığortaçı seçir

Aqrar Sığorta Fondu işçilərinin könüllü tibbi sığortası üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini avqustun 11-i, saat 18:00-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 14-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər