Aqrar Sığorta Fondu auditor xidməti xidməti üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, kotirovkada iştirak haqqı 50 manatdır.
İddiaçılar təkliflərini aprelin 16-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 16-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 11,8 min manat ödənilib.