"Aqrar İnnovasiya və Təchizat şirkəti" QSC 2025-ci ili 129 min manat mənfəətlə başa vurub. Halbuki səhmdar cəmiyyəti 2024-cü ildən 1,761 milyon manat zərərlə çıxmışdı..
"Report" bu barədə şirkətin "AFR Services Co" MMC-nin audit yoxlamasından keçmiş maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə "Aqrar İnnovasiya və Təchizat şirkəti"nin aktivləri 16,698 milyon manat olub ki, bu da illik müqayisədə 11,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 7,9 % azalaraq 15,208 milyon manata, balans kapitalı isə 37,8 % azalaraq 1,489 milyon manata düşüb.
"Aqrar İnnovasiya və Təchizat şirkəti" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin yeganə səhmdarı Afaq Məcidovadır.