Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin 100 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd səhm çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara ümumi məbləği 100 min manat olan 1 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Prosesin anderrayteri “CPM İnvestisiya Şirkəti” ASC-dir.