ANAMA auditor seçir

Minatəmizləmə Agentliyi (ANAMA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 97 manatdır.

İddiaçılar təkliflərini martın 2-nə qədər ANAMA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 2-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 14 160 manat ödənilib.

Digər xəbərlər

Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06