Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.
Qalib şirkətə 4 600 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Financial Reporting Center" MMC olub. Şirkətə 3 469 manat ödənilib.