Bakı. 11 avqust. REPORT.AZ/ “Amrahbank” ASC-nin aktivləri illik müqayisədə 10,2% azalaraq bu il iyulun 1-nə 239,405 mln. manat təşkil edib.
“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, son 1 ildə Bankın kredit portfeli 22,2% azalaraq 100,909 mln. manat, depozit portfeli isə 2,9% azalaraq 130,31 mln. manat olub.
İyunun sonuna Bankın nizamnamə kapitalı 39 844 mln. manat, cəmi kapitalı 50,906 mln. manat təşkil edib.
Bank bu ilin I yarısını 2,984 mln. manat xalis zərərlə başa vurub ki, bu da 1 il əvvələ nisbətən 27,8% çoxdur.