“Amrah Sığorta”nın aktivləri 3% artıb

Bakı. 30 mart. REPORT.AZ/ “Amrah Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,062 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,15% çoxdur.

2016-cı ildə “Amrah Sığorta”nın uzunmüddətli aktivləri 22,5% azalaraq 27 min manat, qısamüddətli aktivləri isə 3,3% artaraq 7,035 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 53% azalaraq 1,243 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 52,8% azalaraq 1,241 mln. manat, qısamüddətli öhdəlikləri isə 81,8% azalaraq 2,5 min manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 38,4% artaraq 5,819 mln. manata çatıb.

2016-cı ildə “Amrah Sığorta”nın cəmi gəlirləri 2,707 mln. manat (2015-ci ilə nisbətən 39,1% çox), cəmi xərcləri 981 min manat (29,4% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 1,726 mln. manat olub. Bu isə illik müqayisədə 3,1 dəfə çoxdur.

“Amrah Sığorta” 2015-ci ildə olduğu kimi 2016-cı ildə də mənfəət vergisi ödəməyib və bütün maliyyə mənfəətini xalis mənfəətə çevirib.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 200 manat olan 25 000 səhm əsasında formalaşıb. Səhmlərim 85%-i Yunis Əli oğlu İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Əmrah Yunis oğlu İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur.

Digər xəbərlər