Dünyadakı iqlim dəyişikliyi nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında baş verən proseslər ərzaq qiymətlərinə bundan sonra da təsir edəcək - qiymətləri artıracaq.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisində Azərbaycan Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Səmra Talışinskaya-Abbasova bildirib.
"İqlim dəyişikliyi nəticəsində yaranan quraqlıqlar və digər ekoloji problemlər ölkəmiz üçün də aktualdır. Biz bu problemlər fonunda maliyyə bazarındakı aktivlərin dəyərinin dəyişməsini də müşahidə edəcəyik", - deyə o qeyd edib.