AMB-nin növbəti depozit hərracında tələb təklifi 10% üstələyib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 55 mln. manat təşkil edib.

"Report" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,70% olub.

Digər xəbərlər