Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100362S dövlət qeydiyyat nömrəli, 100 mln. manatlıq 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor ümumi məbləği 422 489 700 manat, qiyməti isə 99,2278 manat (10,01%) olan 20 sifariş təqdim edib.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti bu qədər müəyyən olunub. Qiymətli kağızların hamısı satılıb.
Notların ödəmə tarixi 15 noyabr 2017-ci ildir.