AMB-nin yeni not buraxılışları dövlət qeydiyyatına alınıb

Bakı. 3 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) 2 yeni not emissiyasını (50101256S və 50101356S) müvafiq olaraq mayın 30-da və iyunun 2-də dövlət qeydiyyatına alıb.

“Report” Palataya istinadən xəbər verir ki, emissiyaların hər biri, nominal dəyəri 100 manat olan 500 000 ədəd (ümumilikdə 100 mln. manatlıq) dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə turur.

Qiymətli kağızların tədavül müddəti müvafiq olaraq 29 gün və 28 gündür. 

Digər xəbərlər