AMB-nin keçirdiyi depozit hərracında tələb təklifi 38% üstələyib

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

Qurumdan “Report”a verilən məlumata görə, hərracda 200 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 37,5% çox - 275 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,6% təşkil edib.

Digər xəbərlər