AMB-nin hərracında yenə də tələb təklifi üstələyib

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı(AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 300 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 336,3 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Beləliklə, hərracda tələb təklifi (300 mln. manat) 12,1% üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 14,71% olub.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23