Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 350 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının (50100465S) yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” bu barədə BFB-yə istinadən xəbər verir.
Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99,2278 manat (10,01%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 701 224 600 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,2278 manat (10,01%), orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 27 dekabr 2017-ci ildir.