AMB-nin depozit hərracında tələb təklifi 4,5 dəfə üstələyib

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 4,45 dəfə çox - 444,7 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46