AMB-nin depozit hərracında tələb təklifi 83% üstələyib

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti hərrac keçirib. 

"Report" AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 82,65% çox - 365,3 mln. dollar olub. 

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,71% olub.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23