AMB-nin depozit hərracında tələb təklifi 40% üstələyib

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. 

"Report" AMB-yə istinadən xəbər verir ki, hərracda 250 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 40% çox - 350 mln. manat olub. 

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,53% təşkil edib.

Digər xəbərlər