AMB-nin depozit hərracında tələb təklifi 3,7 dəfə üstələyib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,66 dəfə çox - 731 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

Digər xəbərlər