AMB-nin depozit hərracına tələbat artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 241,2 mln. manat təşkil edib. Beləliklə, real tələbat təklifi təxminən 61%-i üstələyib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,60% olub.

Digər xəbərlər