Bu ilin I yarısında yerli banklar Azərbaycan Mərkəzi Bankının (AMB) həm sterilizasiya yönümlü, həm də likvidliyin verilməsi yönümlü daimi imkan alətindən istifadə edib.
"Report" xəbər verir ki, bu barədə AMB-nin yarım illik "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, yanvar-iyun aylarında banklar iş günlərinin 100%-də 1 gecəlik depozit daimi imkan alətinə, 3%-də isə 1 gecəlik əks-repo alətinə müraciət edib. Daimi imkan alətlərinə tələb bank sektorunun likvidlik mövqeyindəki dəyişikliklərdən təsirlənib.
Belə ki, 3 ay ərzində 112 gecəlik depozit və 4 gecəlik əks-repo əməliyyatı həyata keçirilib.