AMB depozit hərracında daha 50 mln. manat cəlb edib

Bakı.17 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 59,0 mln. manat təşkil edib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,67% olub.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53