AMB depozit hərracında 300 mln. manat cəlb edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 300 mln. manat cəlb olunub.

Tələb isə təklifdən cüzi çox – 300,3 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,79% təşkil edib.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06