Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları “Bloomberg” platformasında - təminatsız banklararası bazarda 67,1 milyard manatlıq əməliyyat aparıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövründə platformada 2 466 əməliyyat həyata keçirilib. Bunun 97 %-nin müddəti 1-3 gün olub.
Bundan başqa, 9 ay ərzində banklararası repo bazarında 7,9 milyard manat məbləğində 541 əqd bağlanılıb. Əqdlərin 38 %-nin müddəti 1-3 gün, 28 %-nin müddəti isə 6-8 gün olub.
"Həm təminatlı, həm də təminatsız bazarda bağlanan əqdlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb", - deyə icmalda qeyd olunub.