İyunun 30-da, saat 11:00-da “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 224 1937-ci məhəllə ünvanında olacaq.
Yığıncağın gündəliyinə korporasiyanın illik hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 83 259,75 min manatdır. Şirkətin səhmdarları "VIP Estate" MMC və Dərya Müsəllim oğlu Vəliyevdir.