Avropa İttifaqının (Aİ) antiinhisar orqanları İrlandiyanın “AerCap” şirkətinin “General Electric”in lizinq üzrə bölməsi “GECAS”ı almasını təsdiq edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 30 milyard ABŞ dollarıdır. Onun qapadılması bu ilin 4-cü rübündə baş tutacaq.
Birləşmiş şirkət kirayə götürülən təyyarələr bazarının 18 %-nə nəzarət edəcək.