Azərbaycan Mərkəzi Bankı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus olan "Kurort" QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.
"Report" xəbər verir ki, söhbət şirkətin 67,78 milyon manatıq nizamnamə kapitalını formalaşdıran, hər birinin nominal dəyəri 1 000 manat olan 67 780 ədəd səhmdən gedir.
Xatırladaq ki, "Kurort" 1992-ci ildə yaradılıb. Şirkət Konfederasiyanın sanatoriyalarını idarə edir.