Bakı. 22 sentyabr. REPORT.AZ/. Bu gün Bakı Fond Birjasında (BFB) "AFB Bank" ASC-nin adi sənədsiz adlı səhmlərinin yeni emissiyasının yerləşdirməsinə başlanılır.
“Report”un xəbər verdiyi kimi, emissiyanın həcmi 10 682 925 manat, bir səhmin nominal dəyəri 1 265 manat təşkil edir.
Beləliklə, yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 17,9% artırılaraq 70 393 455 manata çatdırılacaq. Yerləşdirmənin “Texnika Kapital Menecment” MMC vasitəsi ilə keçirilməsi nəzərdə tutulur.