"AFB Bank" ASC-nin səhmlərinin 0,18 %-nə nəzarət edən Əkbər Abdullayev payını satıb.
"Report" xəbər verir ki, onun payını Toğrul Hacıyev alıb.
Bankın səhmlərinin 99,64 % olmaqla Hikmət İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i isə Cəmil Muradova məxsusdur.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır.