“AFB Bank” ASC bu ilin I rübünü 1,854 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 58,1% və yaxud 2,4 dəfə azdır.
Yanvar-mart aylarında “AFB Bank”ın gəlirləri 6,187 milyon manat (illik müqayisədə 12,4 % az), xərcləri 4,164 milyon manat (2,4% çox), xüsusi ehtiyatlara ayırmaları 169 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “AFB Bank”ın aktivləri 264,081 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,1% çoxdur. Bunun 120,046 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,6 % kiçilib.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 0,8 % azalaraq 180,954 milyon manat, o cümlədən depozit portfeli 11,5 % artaraq 104,3 milyon manat, balans kapitalı 2 % artaraq 83,126 milyon manat olub.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.