“Aeroflot”un səhmləri ucuzlaşıb

Rusiyanın paytaxtı Moskvanın Şeremetyeva beynəlxalq hava limanında baş vermiş təyyarə qəzasından sonra paytaxt birjasında ölkənin milli aviadaşıyıcısı – “Aeroflot” şirkətinin səhmləri 3% ucuzlaşıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hazırda qiymətli kağızlar 93,5 rubldan alınıb-satılır.

Xatırladaq ki, Moskvadan ölkənin Murmansk şəhərinə uçan “Sukhoi Superjet 100” markalı təyyarənin göyərtəsində 78 nəfər olub. Onlardan 41-i qəza nəticəsində həyatını itirib. 

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23