Fevralın 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" ASC-nin balansındakı daşınmaz əmlakın satışı üzrə açıq hərrac keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Xaçmaz rayonunun Dalğalı qəsəbəsində yerləşən 0,1 hektar torpaq sahəsindən gedir. Ona 45 min manat qiymət qoyulub.