Noyabrın 2-dən ləğv prosesində olan “Ata Bank” ASC fəaliyyətini “Amrahbank” ASC-nin Xocalı prospekti, 36A ünvanında yerləşən inzibati binasında davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu (ADİF) məlumat yayıb.
Xatırladaq ki, ötən il aprelin 27-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Atabank" ASC-nin lisenziyası ləğv edilib.