ADIF ilk dəfə əmanətçilərə nağdsız qaydada kompensasiya ödəyib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ölkə iqtisadiyyatında nağdsız dövriyyənin payının artırılması və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğvedicisi olduğu “DəmirBank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ilk dəfə nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debit kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəyir.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Xatırladaq ki, kompensasiya ödənişinə bu gündən başlanılıb və agent-bank qismində “Kapital Bank” seçilib. Ödənişlər Bankın 26 filialında həyata keçirilir. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46