ADIF “Gəncəbank”ın kreditorlarına müraciət edib

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncəbank” ASC-nin kreditorlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, fevralın 12-dən növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılacaq.

Ödəniş nağdsız qaydada həyata keçiriləcək. Kreditorlar “Gəncəbank”ın Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etməlidirlər. 

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23