ADİF-in rəhbərliyində dəyişiklik olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Himayəçilər Şurasının (HŞ) tərkibində dəyişiklik olub. Bu barədə “Report” ADİF-ə istinadən xəbər verir.

Məlumata görə, HŞ-nın üzvü, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Elmir Həbibullayev Fondun rəhbərliyindən kənarlaşdırılıb. Onun yerinə adı çəkilən Bankın İH-nin sədri vəzifəsini müvəqqəti icra edən Xalid Əhədov seçilib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46