ADB: Gürcüstan iqtisadiyyatı bu il 3,5 % artacaq

Bu il Gürcüstan iqtisadiyyatının 3,5% artacağı gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu bardə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilir.

Proqnoza əsasən, 2022-ci ildə qonşu ölkədə ÜDM 6% artacaq.

Sənəddə Gürcüstan iqtisadiyyatının turizmdən asılı olduğu qeyd olunub: “Koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılması 2021-ci ildə Gürcüstanın iqtisadi artımını bərpa etməli, 2022-ci ildə isə prosesi daha da sürətləndirməlidir”.

Bank bu il qonşu ölkədə inflyasiyanın 5%-dək, gələn il isə 3,5%-ə qədər azalacağını proqnozlaşdırır.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46