ADB Cənub Qaz Dəhlizinə 1 mlrd. dollar ayırıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) “Şahdəniz-2” layihəsinə 1 mlrd. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib. "Report" xəbər verir ki, həmin vəsaitin 500 mln. dolları "Cənub Qaz Dəhlizi" (SGC) QSC-yə ayrılıb.

Bildirilir ki, kreditin toplam həcmindən 526 mln. dolların maliyyələşməsi xarici banklar konsorsiumu tərəfindən həyata keçiriləcək və bunun üçün Azərbaycandan dövlət zəmanətinin verilməsi tələb olunur. Qalan vəsaiti birbaşa olaraq ADB ayıracaq.

Qeyd edək ki, SGC-də 51% SOCAR-a, 49%-i isə Azərbaycan hökumətinə aiddir.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23