ADA Universiteti avtomobillərinin könüllü (KASKO) sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Qalib şirkətə 4 662 manat ödəniləcək.