"Accessbank" yeni kart məhsulunu istifadəyə verib

Bakı. 26 aprel. REPORT.AZ/ "Accessbank" ASC "MasterCard Black Edition" kartını müştərilərin istifadəsinə verib. Bu kartın sahibləri müxtəlif üstünlüklər əldə edəcəklər.

"Report" bu barədə Banka istinadən xəbər verir. 

Bu kartı sifariş edən şəxslər səhayət, əyləncə, alış-veriş və digər bu tip sorğuları üçün dünyanın hər yerində pulsuz "Konsyerj" xidməti, "Priority Pass" – dünyanın bir çox hava limanlarının VİP zallarına buraxılış, səyahət zamanı bədbəxt hadisələrdən və xəstəliklərdən sığortalanma, kartın itirildiyi təqdirdə "MasterCard Global Service" köməyi anında dəstək və digər xüsusi imkanlar qazanırlar.

Digər xəbərlər