“Access Bank”ın dollar istiqrazlarına 2 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Access Bank” QSC-nin 2,5 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 2 500 ədəd istiqraz premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. İstiqrazlara 2 investor 2,5 milyon dollarlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Digər xəbərlər