“Access Bank" 9 ayı mənfəətlə başa vurub

“Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 5,269 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 917 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Access Bank”ın gəlirləri 108,805 milyon manat (illik müqayisədə 35,7 % çox), xərcləri 93,778 milyon manat ( 16,7 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 9,758 milyon manat (13 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Access Bank”ın aktivləri 1 052,083 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,3 % çoxdur. Bunun 728,174 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 38 % böyüyüb.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 11,5 % artaraq 956,372 milyon manata, o cümlədən depozit portfeli 18,2 % artaraq 802,182 milyon manata, balans kapitalı isə 9,7 % artaraq 95,711 milyon manata düşüb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,9 %), Avropa İnvestisiya Bankı (17,39 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), “Responsability" (12,28%), Hollandiya İnkişaf Bankı (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”dir (6,4%).

Digər xəbərlər