“PAŞA Holdinq” MMC-yə məxsus “Absheron Hotel Group” MMC nizamnamə kapitalını 2 milyon manat və yaxud 15,6 % azaldır.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin kapitalı 12,85 milyon manatdan 10,85 milyon manata endiriləcək.
Kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Xəqani Rüstəmov küçəsi, 4C ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Absheron Hotel Group” 2013-cü ildə yaradılıb. Şirkət, adından da göründüyü kimi, hotelçilik sahəsində fəaliyət göstərir, holdinqə məxsus hotel şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.