Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 17 810 bəndədək, S&P 500 0,5% - 2 064 bəndədək, Nasdaq 0,2% - 4 713 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, indekslərin yüksəlməsinə əsasən xarici amillər təsir edib.
Avropa fond bazarlarında noyabrın 21-də FTSE 100 indeksi 1,1% - 6 751 bəndədək, Almaniya DAX-ı 2,6% - 9 733 bəndədək, Fransa CAC-40-ı isə 2,7% - 4 347 bəndədək yüksəlib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 198,40 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2391 dollar (-1,2%) təşkil edir.