ABŞ fond bazarı və “Apple” səhmləri çöküb

ABŞ-da səhm bazarı iyun ayının əvvəllərindən bəri ən böyük enişini yaşayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-ın əsas fond indeksləri cümə axşamı sövdələşmələri ciddi enişlə bağlayıb. “Dow Jones” indeksi 2,78%, “S&P 500” 3,51%, “Nasdaq” isə 4,96% geriləyib.

Çöküşün rekordçuları arasında qiymətləri 8% düşən “Apple” da var. IT nəhənginin iki trilyon ABŞ dollarından çox kapitallaşmasını nəzərə alsaq, bu azalma 180 milyard ABŞ dolları məbləğinə bərabərdir. ABŞ-ın digər IT şirkətləri də qiymətdə əhəmiyyətli eniş göstərib: “Microsoft”un səhmləri 6,19%, “Google”unku 5%, “Amazon”unku 4,63%, “Facebook”unku 3,76%, “Tesla”nınkı isə 9% -dən çox dəyər itirib.

“Apple” və “Microsoft” əvvəlki antirekordu mart ayında qeydə alınmışdı. Şirkətlər ümumilikdə 150 milyard ABŞ dolları dəyər itirmişdi.

Digər xəbərlər

Aqrar Sığorta Fondu auditor seçib 08 dekabr, 2025 / 17:40