ABŞ-da makroiqtisadi statistikanın dərcindən sonra qızılın qiyməti sabitlik nümayiş etdirib.
“Report” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,04 % və yaxud 0,8 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1960,95 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,41 % artaraq 1 unsiyası 24,41 ABŞ dolları təşkil edib.
ABŞ-da açıqlanan inflyasiya statistikası dolların dəyərinə mənfi, qızılın qiymətinə isə müsbət təsir edib.