"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənəd Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti çərçivəsində inzalanıb.
Memorandumu ABA-nın İdarə Heyətinin (İH) sədri Zakir Nuriyev və "Ticarət şəbəkələrinin inkişafı"nın İH-nin sədri Araz İmanov imzalayıb.