“A-Qroup Sığorta” nizamnamə kapitalını artırır

Bakı. 31 yanvar. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC nizamnamə kapitalını 2 mln. manat və yaxud 25% artırır. Bu barədə “Report”a Şirkətin İdarə Heyətinin sədri Anar Bayramov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı qərarı “A-Qroup Sığorta”nın 100% səhmdarı və Direktorlar Şurasının sədri Sabir Adna oğlu Adnayev qəbul edib.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8 005 750 manatdır. Şirkət əsasən tibbi sığorta üzrə ixtisaslaşıb. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46