“A-Qroup Sığorta”nın xalis mənfəəti 2 dəfə azalıb

Bakı. 15 mart. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 22,983 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,65% azdır.

2017-ci ildə şirkətin cəmi öhdəlikləri 6,2% azalaraq 10,605 mln. manata düşüb, cəmi kapitalı isə 4,7% artaraq 12,378 mln. manata, o cümlədən nizamnamə kapitalı 25% artaraq 8,005 mln. manata çatıb.

Ötən il “A-Qroup Sığorta”nın gəlirləri 13,843 mln. manat (əvvəlki ilə nisbətən 8,9% az), xərcləri 12,071 mln. manat (4% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 1,772 mln. manat olub ki, bu da illik müqayisədə 50,6% azdır.

2017-ci ildə “A-Qroup Sığorta” 2016-cı illə müqayisədə 50,6% az – 354 min manat mənfəət vergisi ödəyib və ötən ili 1,417 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 50,6% azdır.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Digər xəbərlər