"Xırdalan" basketbol klubu yoldaşlıq oyununda "Sumqayıt"ı məğlub edib

Azərbaycan Basketbol Liqasında çıxış edəcək komandalar 2023/2024 mövsümünə hazırlıqlarını davam etdirirlər.

"Report"un məlumatına görə, "Xırdalan" klubu çempionatın debütantı "Sumqayıt"la yoldaşlıq oyunu keçirib.

Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan qarşılaşma "Xırdalan"ın 76:66 hesablı qələbəsi ilə bitib.

Digər xəbərlər